ağdam, 3 iyul, arhd.media
azərbaycan, özbəkistan və qırğızıstan prezidentləri ağdamda şahbulaq qalasında olublar
iyulun 3-də azərbaycan respublikasının prezidenti ilham əliyev, özbəkistan respublikasının prezidenti şavkat mirziyoyev və qırğız respublikasının prezidenti sadır japarov ağdamda şahbulaq qalasında olublar.
arhd.media xəbər verir ki, dövlət başçıları əvvəlcə xatirə şəkli çəkdirdilər.
bildirildi ki, hazırda abidədə azərbaycan dövləti tərəfindən bərpa işlərinə başlanılıb.


























