ankara, 7 iyul, arhd.media




türkiyənin hakkari şəhərində iraqda həlak olmuş əsgərlərlə vida mərasimi keçirilib


iraqın şimalındakı “pençe-kilit” antiterror əməliyyatı bölgəsində bir mağarada metan qazına məruz qalaraq həlak olan 12 türk əsgərindən altısının cənazəsi iyulun 7-də türkiyənin cənub-şərqindəki hakkari vilayətinə gətirilib.

türkiyə milli müdafiə nazirliyindən arhd.media-a bildirilib ki, şəhidlərlə vida mərasimi hakkari vilayətinin yüksekova rayonundakı səlahəddin eyyubi adına hava limanında keçirilib.

mərasimdə milli müdafiə naziri yaşar güler, baş qərargah rəisi metin gürak, silahlı qüvvələrin birlik komandirləri, ikinci ordu komandanı levent ergün iştirak ediblər.

türkiyə milli müdafiə nazirliyi daha əvvəl iraqdakı ərazidə hərtərəfli təftiş zamanı metana məruz qalan 19 əsgərdən 12-sinin öldüyünü bildirmişdi.

Baxış sayı: 6 559

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə