moskva, 7 iyul, arhd.media
rusiya istintaq komitəsi sabiq nəqliyyat naziri roman starovoytun ölümünü təsdiqləyib
rusiyanın sabiq nəqliyyat naziri roman starovoyt moskva vilayətinin odintsovo şəhərində ölü tapılıb.
arhd.media-ın məlumatına görə, rusiya istintaq komitəsinin nümayəndəsi svetlana petrenko bildirib ki, starovoytun meyiti odintsovo şəhər dairəsinin ərazisində şəxsi avtomobilində aşkar edilib. rusiya istintaq komitəsinin moskva vilayəti üzrə baş istintaq idarəsinin istintaq orqanları zəruri tədbirlər həyata keçirir, hadisənin bütün halları araşdırılır. başlıca versiya kimi intihar ehtimalı nəzərdən keçirilir.
roman starovoyt iyulun 7-də rusiya prezidentinin sərəncamı ilə istefaya göndərilmişdi. o, 2024-cü ilin may ayından etibarən nəqliyyat nazirliyinə rəhbərlik edirdi.

























