niderland səfirinin azərbaycandakı fəaliyyəti başa çatır

bakı, 15 iyul, arhd.media



niderland səfirinin azərbaycandakı fəaliyyəti başa çatır


iyulun 15-də xarici işlər naziri ceyhun bayramov ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar niderland krallığının azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri paulin eyzemanla görüşüb.

xarici işlər nazirliyinin mətbuat xidməti idarəsindən arhd.media-a verilən məlumata görə, nazir ceyhun bayramov ölkəmizdə səmərəli diplomatik fəaliyyətinə görə səfir paulin eyzemaya təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

görüşdə azərbaycan ilə niderland arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.

iki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin cari vəziyyətinin və perspektivlərinin müzakirəsi məqsədilə xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd olunub.

nazir ceyhun bayramov qarşı tərəfi bölgədə mövcud vəziyyət və reallıqlar, habelə azərbaycan-ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.

səfir paulin eyzema 5 ilə yaxın müddətdə niderlandın azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman xatırlayacağını vurğulayaraq, ona göstərilən dəstəyə görə təşəkkür edib.

görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 4 365

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə