istanbul, 18 iyul, arhd.media
türkiyə və rusiya prezidentləri bölgədəki son vəziyyəti müzakirə ediblər
türkiyə prezidenti rəcəb tayyib ərdoğan ilə rusiya prezidenti vladimir putin arasında telefon danışığı olub.
arhd.media xəbər verir ki, bu barədə türkiyə prezidenti administrasiyasının ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.
bildirilib ki, danışıq zamanı türkiyə ilə rusiya arasındakı ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
prezident ərdoğan suriyada baş verən toqquşmaların bütün bölgə üçün təhlükə yaratdığını qeyd edərək türkiyənin suriyada sabitliyin və təhlükəsizliyin təmin edilməsini, eləcə də bu ölkənin tezliklə dirçəlməsini hədəflədiyini vurğulayıb.
prezident ərdoğan, həmçinin bildirib ki, rusiya ilə ukrayna arasında üçüncü raund danışıqların başlanması mühüm əhəmiyyət daşıyır və uyğun tarixlər müəyyənləşdirildiyi təqdirdə türkiyə bu danışıqlara istanbulda ev sahibliyi etməyə davam edəcək.

























