bakı, 24 iyul, arhd.media
azərbaycan qht-ləri abş dövlət katibi marko rubioya müraciət ünvanlayıb
azərbaycan qht-ləri abş dövlət katibi marko rubioya müraciət ünvanlayıblar.
arhd.media müraciəti təqdim edir: “hörmətli abş dövlət katibi marko rubio.
sizə məktub ünvanlamış bir qrup abş konqresmeninin azərbaycanın suveren əraziləri mövzusunda riyakarlığı, azərbaycan ilə ermənistan arasında sülh prosesinə qarşı fəaliyyəti azərbaycan ictimaiyyətində kəskin hiddət doğurub. biz bu cür birtərəfli yanaşmaları rədd edirik.
hesab edirik ki, bayden-blinken dövrünün ermənipərəst simaları faktiki olaraq abş prezidenti donald trampın cənubi qafqazda sülh səylərinə qarşı açıq təxribata əl atıblar.
bu yaxınlarda azərbaycan və ermənistan liderləri birləşmiş ərəb əmirliklərinin əbu-dabi şəhərində görüş keçiriblər. artıq azərbaycan və ermənistanın sülh müqaviləsinin mətnini razılaşdırdığı bildirilir. sülh prosesini irəli aparmaq üçün ciddi, çətin iş davam etdirilir. bir qrup abş konqresmeninin çağırışları isə bu prosesə mane olmaq, onu əngəlləmək cəhdindən başqa bir şey deyil. onlar hər vəchlə süni gərginlik, regionda yenidən münaqişə ocağı yaratmağa çalışırlar.
regiona aidiyyəti olmayan, məsələlərdən xəbərsiz şəxslərin abş-dakı erməni lobbisinin maddi həvəsləndirmələri müqabilində məsuliyyətsiz bəyanatlara imza atmaları təəssüf doğurur. bu cür şəxsləri azərbaycan ictimaiyyəti yaxşı tanıyır, onlar ermənistanın azərbaycana qarşı işğalçılığına, günahsız insanların qanının tökülməsinə, xocalı soyqırımına susublar, təcavüzkarın yanında olublar. bu gün də onlar azərbaycan xalqının qanını tökmüş müharibə cinayətkarlarının mühakimə edilməməsi üçün dəridən-qabıqdan çıxırlar. bu konqresmenlər azərbaycanda heç bir nüfuza malik deyillər.
xatırlatmaq istərdik ki, əvvəllər bu kimi anti-azərbaycan, ermənipərəst təşəbbüslərlə çıxış edən və prezident trampın qatı tənqidçilərindən olan keçmiş senator bob menendez korrupsiya və rüşvətxorluğa görə məhkum olunub. məlum müraciətin təşəbbüskarlarından biri olan demokrat senator adam şiffi isə cənab trampı sərt tənqid edib, onun cinayət məsuliyyətinə cəlb olunmasının zəruriliyini bildirib.
ötən il cop29 tədbiri zamanı bakıya səfər etmiş konqresmen frank peloni yerli ictimai fəallar tərəfindən “rədd ol!” şüarları ilə qarşılanmışdı. o, səfərini yarımçıq qoyaraq ölkəni rüsvayçılıqla tərk etmişdi.
biz hesab edirik ki, bu gün azərbaycanın suveren ərazilərinə ermənilərin qayıdışı haqqında danışan f.peloni kimi konqresmenlər, ilk növbədə, ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının qayıdış hüququnu da tanımalıdırlar. qərbi azərbaycandan didərgin düşən insanlar dinc yolla doğma yurdlarına qayıtmalıdırlar. qərbi azərbaycan icması da bu istiqamətdə ermənistanla dialoq qurmağa hazırdır.
ermənistan ərazisində, işğal dövründə isə qarabağ və şərqi zəngəzurda azərbaycan xalqının maddi-mədəni irsi talan edilib. buna susmaq ən böyük ədalətsizlikdir.
son vaxtlar isveçrə parlamentinin “beynəlxalq sülh forumu” adı altında cənubi qafqazda sülh və sabitliyə xələl gətirən, ermənistanda revanşistlərin mövqeyini müdafiə edən təkliflərlə çıxış etməsi regionda sülh və etimad quruculuğuna xəyanətdir. sizə bir qrup konqresmen adından ünvanlanmış məktubda isveçrə parlamentinin təxribatçı addımlarına istinad edilməsi bir daha bu məktubun və onun müəlliflərinin əsl mahiyyətini ortaya qoyur.
biz hesab edirik ki, məlum müraciəti təşkil edənlər abş və azərbaycan liderlərinin yazışmalarından da aydın görünən ikitərəfli əlaqələrin yeni yüksəliş mərhələsinə qədəm qoymasından narahatdırlar. inanırıq ki, cənubi qafqazda davamlı sülhün bərqərar olması istiqamətində təqdirəlayiq əmək sərf edən tramp administrasiyası “vaşinqton bataqlığı”nın təmsilçiləri olan bu konqresmenlərin fəaliyyətinə doğru qiymət verəcəkdir.
imzalar:
ramil iskəndərli – azərbaycan milli qht forumunun idarə heyətinin sədri
əziz ələkbərli – qərbi azərbaycan icmasının idarə heyətinin sədri
əmir əliyev – insan hüquqlarının təşviqi mərkəzi ictimai birliyinin sədri
fariz xəlilli – “miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi
umud mirzəyev – “beynəlxalq avrasiya mətbuat fondu”nun sədri
zaur ibrahimli – “prioritet" sosial iqtisadi araşdırmalar mərkəzi” ictimai birliyinin sədri
iradə rzazadə - “vətəndaşların sosial rifahı naminə” ictimai birliyinin sədri
hacı abdulla - "zəngəzur" cəmiyyətləri ictimai birliyinin sədri
könül behbudova – “qarabağ itkin ailələri” ictimai birliyinin sədri
xatirə vəliyeva - “xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyinin sədri
vüqar qədirov – “qayıdış və dirçəliş naminə gənclər təşkilatı” ictimai birliyinin sədri
rey kərimoğlu - “azərbaycanda minadan zərərçəkənlərin assosiasiyası” ictimai birliyinin sədri”.
























