bakı, 24 iyul, arhd.media
bmt katibliyi prezident ilham əliyevin qərbi azərbaycanla bağlı konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini bmt-nin rəsmi sənədləri kimi yayıb
bmt katibliyi azərbaycan respublikasının prezidenti ilham əliyevin 2025-ci il mayın 21-də türkiyənin paytaxtı ankara şəhərində “qərbi azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini bmt təhlükəsizlik şurası və baş assambleyasının rəsmi sənədləri kimi yayıb.
arhd.media xəbər verir ki, icmanın bununla bağlı bəyanatında deyilir: “qərbi azərbaycan məsələsini prinsipial və ardıcıl şəkildə beynəlxalq gündəmdə saxlayan prezident ilham əliyevin sözügedən müraciətinin bmt-nin rəsmi sənədi kimi yayılması insan hüquqları mövzusu olaraq qərbi azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin artırılmasında mühüm rol oynayır.
qərbi azərbaycan icması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış məsələsinə beynəlxalq aləmin dəstəyinin əldə olunması istiqamətində səylərini davam etdirəcək. icma ermənistan hökumətindən ümumdünya insan hüquqları bəyannaməsi və digər müvafiq beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq, qərbi azərbaycanlıların öz evlərinə qayıdışına şərait yaratmağı tələb edir”.























