bakı, 28 iyul, arhd.media
prezident ilham əliyev milli bayram münasibətilə perunun dövlət başçısını təbrik edib
prezident ilham əliyev peru respublikasının milli bayramı – müstəqillik günü münasibətilə bu ölkənin dövlət başçısı xanım dina ersilia boluarte zeqarrayı və xalqını təbrik edib.
arhd.media xəbər verir ki, təbrik məktubunda qeyd edilib: “inanıram ki, azərbaycan ilə peru arasında münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir”.
dövlətimizin başçısı bu xoş gündə dina ersilia boluarte zeqarraya möhkəm cansağlığı, işlərində uğurlar, dost peru xalqına daim əmin-amanlıq və rifah arzulayıb.
























