bakı, 16 yanvar,  arhd.media



 


xarici işlər nazirinin müavini yalçın rəfiyevin rəhbərliyi ilə azərbaycan respublikasının hökumət missiyası azərbaycan və efiopiya arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə efiopiya federativ demokratik respublikasında səfərdə olub.

 xarici işlər nazirliyi məlumat yayıb. səfər zamanı yalçın rəfiyev efiopiya federativ demokratik respublikasının nazirlər kabineti ofisinin başçısı alem tsehay paulos, xarici işlər naziri gedion timotheos, ticarət və regional inteqrasiya naziri kassahun qofe, kənd təsərrüfatı naziri girme amente, eləcə də efiopiya investisiya komissiyası və efiopiya investisiya holdinqinin rəhbərləri ilə görüş keçirib, ölkədəki sənaye parkları və infrastruktur layihələri ilə tanış olub.

keçirilmiş görüşlər zamanı, efiopiya federativ demokratik respublikasının prezidenti taye atske selassienin bakıda keçirilmiş cop29-un liderlər sammitində azərbaycan respublikası prezidenti ilham əliyev tərəfindən qəbulu zamanı aparlmış müzakirələrin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni səhifə açdığı və yol xəritəsini müəyyən etdiyi vurğulanıb. həmçinin ticarət, sərmayə, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə konkret əməkdaşlıq istiqamətləri müzakirə edilib, müvafiq sahələrdə hüquq-müqavilə bazasının yaradılması və işçi qrupların təsis edilməsi razılaşdırılıb. qarşılıqlı ticarət missiyaların və biznes forumların təşkil edilməsinin zəruriliyi qeyd edilib. efiopiyada vətəndaşlara xidmət mərkəzlərinin məhz azərbaycanın bu sahədə uğurlu layihəsi olan “asan xidmət” konsepsiyası əsasında təsis edilməsi və bu istiqamətdə intensiv işin davam etdiyi məmnunluqla ifadə edilib.

səfər çərçivəsində həmçinin, azərbaycan respublikasının xarici işlər nazirliyi ilə efiopiya federativ demokratik respublikasının xarici işlər nazirliyi arasında siyasi məsləhətləşmələrin 3-cü iclası keçirilib. siyasi məsləhətləşmələrə azərbaycan tərəfindən xarici işlər nazirinin müavini yalçın rəfiyev, efiopiya tərəfindən isə xarici işlər üzrə dövlət naziri mesqanu arqa rəhbərlik edib. siyasi məsləhətləşmələr zamanı ikitətəfli siyasi və iqtisadi məsələlər, bmt, qoşulmama hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib.

hökumət missiyasına azərbaycan respublikasının iqtisadiyyat, kənd təsərrüfatı nazirlikləri, azərbaycan respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyi, azpromo, azərbaycan investisiya holdinqi və socar nümayəndələri daxil olub.




arhd.media  ictimai-siyasi media saytı’ın rəhbəri :

beynəlxalq hüquq eksperti : ismayıl zalov

 

arhd.media  ictimai siyasi media saytı’ın  baş redaktoru :

orxan ismayılov

Baxış sayı: 4 522

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə