


bakı, 5 avqust, arhd.media
avazada türkmənistan xalq məsləhətinin sədri, özbəkistan prezidenti və azərbaycanın baş naziri arasında üçtərəfli görüş keçirilib
avqustun 5-də avazada türkmənistan xalq məsləhətinin sədri qurbanqulu berdiməhəmmədov, özbəkistan respublikasının prezidenti şavkat mirziyoyev və azərbaycan respublikasının baş naziri əli əsədov arasında üçtərəfli görüş keçirilib.
nazirlər kabinetindən arhd.media-a bildirilib ki, ə.əsədov azərbaycan prezidenti ilham əliyevin salamlarını türkmənistan xalq məsləhətinin sədrinə və özbəkistanın dövlət başçısına çatdırıb.
qurbanqulu berdiməhəmmədov və şavkat mirziyoyev prezident ilham əliyevin salamlarına görə minnətdarlıqlarını bildiriblər, onların da salamlarını azərbaycanın dövlət başçısına çatdırmağı xahiş ediblər.
qurbanqulu berdiməhəmmədov və şavkat mirziyoyev azərbaycanın mərkəzi asiya ölkələri ailəsində, dövlət başçılarının məşvərət şurasında xüsusi yerinin olduğunu, azərbaycan prezidentinin bu istiqamətdə çox iş gördüyünü vurğulayıb və azərbaycanın region ölkələri ilə birlikdə avrasiya, habelə bütün dünya üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
q.berdiməhəmmədov mərkəzi asiya ölkələri və azərbaycan formatının artıq faktiki olaraq mövcudluğunu, bu əməkdaşlığın günün tələbinə çevrildiyini və bu formatın daimi praktikaya çevrilməsinin zəruriliyini qeyd edib.
türkmənistan xalq məsləhətinin sədri prezident ilham əliyevin azərbaycan-türkmənistan-özbəkistan formatında əməkdaşlığı vacib saydığını qeyd edib və bu görüşü belə bir yeni formatın əsasının qoyulması kimi qiymətləndirib.
üçtərəfli formatın ilk görüşündə humanitar, mədəni əlaqələrin inkişafının vacibliyi və iqtisadi əməkdaşlıq mövzuları müzakirə edilib. iqtisadi sahədə ən aktual istiqamətlər kimi nəqliyyat, logistika, enerji sektorlarında strateji əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.
türkmənistan xalq məsləhətinin sədri qurbanqulu berdiməhəmmədov azərbaycanda səfərdə olarkən prezident ilham əliyev ilə füzuli rayonunda məscidin tikintisi, habelə füzuli və arxadağ şəhərlərinin qardaşlaşması ilə bağlı razılığın əldə olunduğunu bildirib.






















