bakı, 8 avqust, arhd.media
abş rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətini təsdiqləməyib
dövlət departamentinin mətbuat katibinin müavini tommy pigott avqustun 8-də abş administrasiyasının rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətini nə təsdiq, nə də təkzib edib.
arhd.media xarici mediaya istinadla xəbər verir ki, o, brifinqdə məsələ ilə bağlı sualı cavablandırarkən deyib: "burada çoxlu spekulyasiyalar var. bu mövzuda spekulyasiya etmək fikrində deyiləm".
iyulun 14-də abş prezidenti donald tramp ukrayna ətrafında nizamlanma ilə bağlı razılığa gəlmək üçün rusiyaya 50 gün vaxt verəcəyini, bundan sonra moskva və onun ticarət tərəfdaşlarına 100% ticarət rüsumları tətbiq etmək niyyətində olduğunu bəyan edib. iyulun 29-da amerika lideri qeyd olunan müddəti 10 günə endirdiyi barədə açıqlama verib.
























