podqoritsa, 10 avqust, arhd.media
monteneqro xin: cənubi qafqazda davamlı sülh və sabitliyə doğru atılan mühüm addımı yüksək qiymətləndiririk
monteneqronun xarici işlər nazirliyi azərbaycan prezidenti ilham əliyev, abş prezidenti donald tramp və ermənistanın baş naziri nikol paşinyanın vaşinqtonda keçirilmiş görüşə dair imzaladığı birgə bəyannaməni alqışlayır.
arhd.media xəbər verir ki, bu barədə nazirliyin “x” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
“monteneqro vaşinqtonda azərbaycan və ermənistan arasında imzalanmış sülh sazişini alqışlayır və xüsusi vasitəçilik roluna görə abş-a təşəkkürünü bildirir. biz cənubi qafqazda davamlı sülh və sabitliyə doğru atılan bu mühüm addımı yüksək qiymətləndiririk”, - deyə paylaşımda qeyd edilir.
























