naxçıvan, 13 avqust, arhd.media
naxçıvanda güzəştli kreditlərin 93,1 faizi regionların payına düşüb
naxçıvan muxtar respublikasının sahibkarlığın inkişafı fondu güzəştli kreditlərin əhəmiyyətli hissəsini regionların inkişafına xidmət edən layihələrə yönəldib.
muxtar respublikanın iqtisadiyyat nazirliyinin mətbuat xidmətindən arhd.media-ın bölgə müxbirinə bildirilib ki, cari ilin 7 ayı ərzində fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlərin 93,1 faizi regionların payına düşüb.
fond tərəfindən 2025-ci ilin 7 ayında maliyyələşdirilmiş 8,2 milyon manat kreditin 9,2 faizini kiçik, 30,0 faizini orta və 60,8 faizini böyük həcmli kreditlər təşkil edib.
























