bakı, 13 avqust, arhd.media
isveçrədə ermənipərəst parlamentarilərin azərbaycan əleyhinə irəli sürdükləri qətnamə layihəsi rədd edilib
cenevrə kantonunun parlamentinin bir sıra ermənipərəst üzvü tərəfindən 2024-cü il noyabrın 5-də irəli sürülmüş “dağlıq qarabağın ilhaqı və azərbaycanın siyasi məhbuslarının azadlığa buraxılması” adlı 24.321 saylı qətnamə layihəsi azərbaycanın isveçrədəki səfirliyinin apardığı məqsədyönlü fəaliyyət nəticəsində avqustun 11-də bu ölkənin parlamentinin yuxarı palatası olan kantonlar şurasının xarici əlaqələr komitəsi tərəfindən rədd edilib.
azərbaycanın isveçrədəki səfirliyindən arhd.media-a bildirilib ki, bununla yanaşı, həmin komitənin vitse-prezidenti, azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən karlo sommaruga tərəfindən irəli sürülmüş, yalnız “məhbuslara” və “erməni mədəni irsinin mühafizəsinə” istinad edən yeni qərar layihəsi 5 əleyhinə, 4 lehinə və 3 bitərəf səslə komitənin gündəliyindən çıxarılıb.
qeyd edək ki, isveçrə parlamentinin yuxarı palatasının xarici əlaqələr komitəsinin mətbuat məlumatında cenevrə kantonal parlamentinin təxribat xarakterli məlum təşəbbüsünün birtərəfli olduğu, yalnız azərbaycan tərəfinə tələblər irəli sürdüyü vurğulanıb və bu cür yanaşmaya etiraz ifadə olunub.
isveçrə parlamentinin sözügedən qərarı bir daha radikal erməni qrupları tərəfindən dəstəklənən parlamentarilərin uğursuzluğunu nümayiş etdirib.
























