türkmənbaşı, 22 avqust, arhd.media






azərbaycan prezidenti ilham əliyevə “axaltəkə” atı hədiyyə edilib yenilənib video


avqustun 22-də azərbaycan respublikasının prezidenti ilham əliyev, türkmənistan xalq məsləhətinin sədri qurbanqulu berdiməhəmmədov və özbəkistan respublikasının prezidenti şavkat mirziyoyev türkmənbaşı şəhərində “axaltəkə” atlarına və milli “galkynysh” atlı qrupunun çıxışına baxıblar.

arhd.media xəbər verir ki, sonra türkmənistan xalq məsləhətinin sədri qurbanqulu berdiməhəmmədov türkmənistan prezidenti sərdar berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısına “taus” ləqəbli “axaltəkə” atını hədiyyə edib.

daha sonra xalq məsləhətinin sədri qurbanqulu berdiməhəmmədov türkmənistan prezidenti sərdar berdiməhəmmədovun və türkmən xalqının adından özbəkistan prezidenti şavkat mirziyoyevə dəvə hədiyyə edib.

tədbirdə çıxış edən qurbanqulu berdiməhəmmədov dedi: hörmətli cənablar. əziz dostlar. əziz dostum.

türkmənistan prezidentinin və bütün türkmən xalqının adından bu sertifikatı qardaşım, azərbaycan respublikasının prezidenti ilham əliyevə təqdim etmək istəyirəm. biz türkmənlərdə deyirlər ki, “at xalqın dayağıdır”. türkmənlərin dediyi kimi, “at xoşbəxtlik gətirir”. atın adı “taus”dur. bu ad “yaşasın türkmənistan, azərbaycan, özbəkistan!” mənasını ifadə edir.

təşəkkür edirəm.

prezident ilham əliyev dedi: əziz qardaşım qurbanqulu məlikquliyeviçə bu gözəl hədiyyəyə görə dərin minnətdarlığını bildirmək istəyirəm. “axaltəkə” atı dünyada məşhurdur, türkmən xalqının, türkmənistanın milli brendidir. bütün cahanda gözəl ada layiq olan bir atdır və bu hədiyyə dostluq, qardaşlıq rəmzidir. onu da deməliyəm ki, bildiyimiz kimi, türkmən və azərbaycan xalqları qardaş xalqlardır. eyni zamanda, bizi birləşdirən odur ki, həm türkmənlərin, həm də azərbaycanlıların öz at cinsi var - “axaltəkə” və qarabağ. necə ki, biz qardaşıq, onlar da qardaşdırlar. bir daha təşəkkür edirəm. burada gözəl at şousunu bizə nümayiş etdirən igidlərimizə də dərin minnətdarlığımı bildirirəm. afərin olsun sizə.


Baxış sayı: 10 011

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə