vitse-prezident: türkiyədə iqtisadi artım ardıcıl 20 rübdür davam edir

ankara, 1 sentyabr, arhd.media




vitse-prezident: türkiyədə iqtisadi artım ardıcıl 20 rübdür davam edir


türkiyə hökumətinin makroiqtisadi sabitliyə və struktur islahatlara yönəlmiş səyləri zamanın sınağından çıxıb. son illərdə əldə edilən nailiyyətlər və 2026–2028-ci illəri əhatə edən orta müddətli inkişaf proqramı ölkə iqtisadiyyatının bünövrəsini daha da möhkəmləndirəcək.

arhd.media xəbər verir ki, bunu türkiyənin vitse-prezidenti cevdet yılmaz cari ilin ikinci rübünə dair statistik göstəriciləri şərh edərkən deyib.

vitse-prezidentin sözlərinə görə, 2025-ci ilin ikinci rübündə türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz böyüyüb.

“regionda və qlobal miqyasda gərginliyin davam etməsinə baxmayaraq, türkiyə iqtisadiyyatı müsbət artımını qoruyur”, – deyə o, vurğulayıb.

yılmaz əlavə edib ki, hesabat dövründə iqtisadi əməkdaşlıq və inkişaf təşkilatına (oecd) üzv ölkələrdə orta iqtisadi artım 1,7 faiz, avrozona üzrə isə 1,4 faiz təşkil edib.

vitse-prezidentin sözlərinə görə, türkiyə iqtisadiyyatı artıq ardıcıl 20 rübdür böyümə nümayiş etdirir.

yılmaz, həmçinin qeyd edib ki, bu ilin ikinci rübünün nəticələrinə əsasən, türkiyənin ümumi daxili məhsulunun (üdm) həcmi 1 trilyon 474 milyard dollar, adambaşına düşən üdm isə 17 min dollara yaxın olub.

Baxış sayı: 5 692

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə