bakı, 3 sentyabr, arhd.media
nato-nun baş katibi ukrayna üçün silah sifarişini sürətləndirməyə çağırıb
nato-nun baş katibi mark rütte alyansa üzv ölkələri abş-dan ukraynaya silah tədarükünün sifarişini və maliyyələşdirilməsini sürətləndirməyə çağırıb.
arhd.media xəbər verir ki, mark rütte bunu brüsseldə keçirilən mətbuat konfransında deyib.
“avropa ölkələrinin maliyyələşdirdiyi 2 milyard avroluq hərbi yardım artıq abş-dan ukraynaya çatdırılıb. nato-nun digər ölkələrini də bu səylərə daha fəal qoşulmağa dəvət edirəm”, – deyə baş katib vurğulayıb.
xatırladaq ki, iyulun 14-də abş prezidenti donald tramp vaşinqtonun ukraynaya silah və hərbi texnika göndərməyə davam edəcəyini bildirib. o, bunun üçün avropa ölkələrinin tədarükləri maliyyələşdirməsini şərt kimi irəli sürüb.
























