



pekin, 3 sentyabr, arhd.media
prezident ilham əliyevin çinə işgüzar səfəri başa çatıb
azərbaycan respublikasının prezidenti ilham əliyevin çin xalq respublikasına işgüzar səfəri sentyabrın 3-də başa çatıb.
arhd.media xəbər verir ki, pekin beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
prezident ilham əliyevi və birinci xanım mehriban əliyevanı rəsmi şəxslər yola saldılar.






















