islam inkişaf bankı qrupunun 2026-cı il üzrə illik toplantılarının bakı şəhərində keçirilməsi ilə əlaqədar təşkilat komitəsinin yaradılması haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı
islam inkişaf bankı qrupunun 2026-cı il üzrə illik toplantılarının bakı şəhərində keçirilməsi barədə islam inkişaf bankı qrupunun müdirlər şurası tərəfindən 2025-ci il mayın 22-də qərar qəbul edilmiş və bununla əlaqədar “azərbaycan respublikasının iqtisadiyyat nazirliyi tərəfindən təmsil olunan azərbaycan respublikası hökuməti ilə islam inkişaf bankı qrupu arasında azərbaycan respublikası hökuməti (ev sahibi ölkə) tərəfindən iib qrupunun 2026-cı ildə keçiriləcək illik toplantıları üçün təminatlara dair anlaşma memorandumu” imzalanmışdır.
islam inkişaf bankı qrupunun illik toplantılarının bakı şəhərində təşkili azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin regional və beynəlxalq tərəfdaşlıqlarının möhkəmlənməsinə, islam maliyyə institutları ilə əməkdaşlığın genişlənməsinə, azərbaycan respublikasının iqtisadi və investisiya potensialının tanıdılmasına müsbət töhfə verəcəkdir.
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, islam inkişaf bankı qrupunun 2026-cı il üzrə illik toplantılarının bakı şəhərində keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. 2026-cı il iyunun 16–19-da islam inkişaf bankı qrupunun 2026-cı il üzrə illik toplantılarının bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə təşkilat komitəsi yaradılsın:
|
təşkilat komitəsinin sədri
|
||
|
samir şərifov |
- |
azərbaycan respublikası baş nazirinin müavini
|
|
təşkilat komitəsi sədrinin müavini
|
||
|
mikayıl cabbarov |
- |
azərbaycan respublikasının iqtisadiyyat naziri |
|
təşkilat komitəsinin üzvləri:
|
||
|
ceyhun bayramov |
- |
azərbaycan respublikasının xarici işlər naziri |
|
sahil babayev |
- |
azərbaycan respublikasının maliyyə naziri |
|
adil kərimli |
- |
azərbaycan respublikasının mədəniyyət naziri |
|
kəmaləddin heydərov |
- |
azərbaycan respublikasının fövqəladə hallar naziri |
|
vilayət eyvazov |
- |
azərbaycan respublikasının daxili işlər naziri |
|
rəşad nəbiyev |
- |
azərbaycan respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri |
|
teymur musayev |
- |
azərbaycan respublikasının səhiyyə naziri |
|
şahin bağırov |
- |
azərbaycan respublikası dövlət gömrük komitəsinin sədri |
|
elçin quliyev |
- |
azərbaycan respublikası dövlət sərhəd xidmətinin rəisi |
|
vüsal hüseynov |
- |
azərbaycan respublikası dövlət miqrasiya xidmətinin rəisi |
|
fuad nağıyev |
- |
azərbaycan respublikası dövlət turizm agentliyinin sədri |
|
taleh kazımov |
- |
azərbaycan respublikası mərkəzi bankının sədri |
|
samir rzayev |
- |
“azərbaycan hava yolları” qapalı səhmdar cəmiyyətinin prezidenti |
|
eldar əzizov |
- |
bakı şəhər icra hakimiyyətinin başçısı. |
2. bu sərəncamın 1-ci hissəsi ilə yaradılan təşkilat komitəsi:
2.1. “azərbaycan respublikasının iqtisadiyyat nazirliyi tərəfindən təmsil olunan azərbaycan respublikası hökuməti ilə islam inkişaf bankı qrupu arasında azərbaycan respublikası hökuməti (ev sahibi ölkə) tərəfindən iib qrupunun 2026-cı ildə keçiriləcək illik toplantıları üçün təminatlara dair anlaşma memorandumu”na uyğun olaraq, illik toplantıların təşkili və keçirilməsi ilə bağlı tədbirlər planının hazırlanmasını və icrasını təmin etsin;
2.2. islam inkişaf bankı qrupunun 2026-cı il üzrə illik toplantılarının keçirilməsi ilə əlaqədar digər zəruri məsələləri həll etsin.
3. azərbaycan respublikasının iqtisadiyyat nazirliyi islam inkişaf bankı qrupunun 2026-cı il üzrə illik toplantılarının keçirilməsi ilə bağlı islam inkişaf bankı qrupu ilə əlaqələndirmə və təşkilat komitəsinin katibliyi funksiyalarını həyata keçirsin.
4. azərbaycan respublikasının nazirlər kabineti islam inkişaf bankı qrupunun 2026-cı il üzrə illik toplantılarının keçirilməsi ilə əlaqədar xərclərin maliyyələşdirilməsi üçün 2026-cı ilin dövlət büdcəsi layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görsün.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 8 sentyabr 2025-ci il






















