bakı, 10 sentyabr, arhd.media
qara dəniz ticarət və inkişaf bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
iqtisadiyyat naziri mikayıl cabbarov qara dəniz ticarət və inkişaf bankının (qdtib) prezidenti serhat köksal ilə görüşüb.
nazirlikdən arhd.media-a bildirilib ki, görüşdə azərbaycanın qdtib ilə əməkdaşlığının uğurlu inkişafından məmnunluq ifadə olunub.
qeyd edilib ki, bankın ölkəmizdə həyata keçirdiyi fəaliyyət və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində azərbaycanın özəl bankları ilə əməkdaşlığı biznes mühitinin inkişafına, sahibkarlığın dəstəklənməsinə və qeyri-neft sektorunda investisiya imkanlarının artırılmasına mühüm töhfə verir.
tərəflər qdtib-in azərbaycanda planlaşdırılan potensial layihələrdə iştirak perspektivlərini müzakirə ediblər. azərbaycanın iqtisadi inkişaf prioritetləri, strateji infrastruktur layihələri və özəl sektorun maliyyələşmə imkanlarının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
























