azərbaycan respublikası nazirlər kabinetinin “fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” 2002-ci il 5 iyun tarixli 89 nömrəli və “azərbaycan respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin qərari
azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “azərbaycan respublikası prezidentinin “sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “dayanıqlı və operativ sosial təminat agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” azərbaycan respublikası prezidentinin 2025-ci il 12 mart tarixli 350 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə azərbaycan respublikasının nazirlər kabineti qərara alır:
1. azərbaycan respublikası nazirlər kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2002, № 6, maddə 374 (cild i) ilə təsdiq edilmiş “fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”nın 10-cu hissəsində “xüsusi nəqliyyat vasitələrinə” sözləri “minik avtomobillərinə” sözləri ilə əvəz edilsin.
2. azərbaycan respublikası nazirlər kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarında (azərbaycan respublikasının qanunvericilik toplusu, 2018, № 10, maddə 2155 (cild i); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (ii kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (ii kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594; azərbaycan respublikası nazirlər kabinetinin 2025-ci il 4 iyun tarixli 177 nömrəli, 8 iyul tarixli 202 nömrəli, 15 iyul tarixli 210 və 212 nömrəli, 1 avqust tarixli 228 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin qərarla təsdiq edilmiş“ azərbaycan respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın 271250-ci maddəsində “əmək zədəsi” sözləri “istehsalat zədəsi” sözləri ilə əvəz edilsin;
2.2. həmin qərarla təsdiq edilmiş “azərbaycan respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin 271200-cü paraqrafının ikinci cümləsində və 271250-ci maddəsində “əmək zədəsi” sözləri “istehsalat zədəsi” sözləri ilə əvəz edilsin.
əli əsədov
azərbaycan respublikasının baş naziri
bakı şəhəri, “ 10 ” “ sentyabr ” 2025-ci il
№ 257























