

bakı, 18 sentyabr, arhd.media
baş nazir əli əsədov bişkekdə qırğızıstan prezidenti sadır japarovla görüşüb
sentyabrın 18-də azərbaycan respublikasının baş naziri əli əsədov bişkek şəhərinə işgüzar səfəri çərçivəsində türk dövlətləri təşkilatına üzv dövlətlərin baş nazirlərinin/vitse-prezidentinin qırğız respublikasının prezidenti sadır japarov ilə görüşündə iştirak edib.
bu barədə arhd.media-a nazirlər kabinetinin mətbuat xidmətindən məlumat verilib.
bildirilib ki, qırğızıstan prezidenti türk dövlətləri təşkilatına üzv dövlətlərin baş nazirlərinin/vitse-prezidentinin ilk görüşünün iştirakçılarını salamlayıb.
ə.əsədov azərbaycan respublikasının prezidenti ilham əliyevin salamlarını və ən xoş arzularını qırğız respublikasının prezidenti sadır japarova çatdırıb.
baş nazir, həmçinin azərbaycan-qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.






















