bakı, 18 sentyabr, arhd.media




malayziyanın baş naziri: azərbaycanın əldə etdiyi uğurlar bizi sevindirir


milli məclisin sədri sahibə qafarova malayziyanın baş naziri ənvər ibrahim ilə görüşüb.

bu barədə arhd.media-a parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

bildirilib ki, baş nazir ənvər ibrahim görüşdə çıxış edərək asiya dövlətləri assosiasiyasının parlamentlərarası assambleyasının (aipa) 46-cı baş assambleyasının əhəmiyyətini diqqətə çatdırıb. o, həmçinin tədbirdə iştirakına görə milli məclisin sədrinə təşəkkürünü ifadə edib.

baş nazir azərbaycan prezidenti ilham əliyevə salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

söhbət zamanı ə.ibrahim azərbaycanın dinamik inkişafını izlədiklərini söyləyib, azərbaycanın əldə etdiyi uğurların, xüsusən iqtisadi tərəqqinin, beynəlxalq nüfuzunun artmasının malayziyanı sevindirdiyini bildirib.

milli məclisin sədri sahibə qafarova azərbaycanla malayziya arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib. ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.

görüşdə parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılıb. qarşılıqlı səfərlər, parlament üzvlərinin birgə fəaliyyəti ilə yanaşı, qoşulmama hərəkatının parlament şəbəkəsi, parlamentlərarası ittifaq, islam əməkdaşlıq təşkilatı parlament assambleyası, asiya parlament assambleyası kimi təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq da xüsusi vurğulanıb.

söhbət zamanı milli məclisin sədri azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələr, keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması istiqamətində görülən işlər haqqında məlumat verib.

görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Baxış sayı: 5 692

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə