bakı, 25 sentyabr, arhd.media
prezident ilham əliyev: abş konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi etimad və əməkdaşlığı möhkəmləndirərdi
prezident trampın 1992-ci ildə azadlığa dəstək aktına 907-ci düzəliş şəklində azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır.
arhd.media xəbər verir ki, bu barədə azərbaycan prezidenti ilham əliyev bmt baş assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı deyib.
dövlətimizin başçısı vurğulayıb ki, abş konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi.






















