bakı, 25 sentyabr, arhd.media
prezident ilham əliyev azərbaycan ilə ermənistan arasında sülh prosesinə dəstəyinə görə donald trampa təşəkkür edib
ümumilikdə avqust ayında abş-a səfərim zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır.
arhd.media xəbər verir ki, bunu azərbaycan prezidenti ilham əliyev bmt baş assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib.
dövlətimizin başçısı azərbaycan-abş münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və azərbaycan ilə ermənistan arasında sülh prosesinə dəstəyinə görə abş prezidenti donald trampa təşəkkür edib.























