azərbaycan respublikasının prezidenti ilham əliyev sentyabrın 25-də gürcüstanın baş naziri irakli kobaxidzeyə zəng edib.
dövlətimizin başçısı baş nazir irakli kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.
irakli kobaxidze göstərilən diqqətə və təbrikə görə azərbaycan prezidentinə minnətdarlığını bildirib.
telefon söhbəti əsnasında azərbaycan prezidenti və gürcüstanın baş naziri ölkələrimiz arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakter daşıdığını qeyd edib, əməkdaşlığın müxtəlif sahələrdə inkişafına dair fikir mübadiləsi aparıblar.























