berlin, 28 sentyabr, arhd.media
almaniya ai sammitinin təhlükəsizliyinin təmin olunmasında danimarkaya dəstək verəcək
danimarkada son günlər baş verən dron hadisələrindən sonra almaniya ordusu kopenhagendə keçiriləcək avropa ittifaqı sammitinin təhlükəsizliyinin təmin olunmasında bu ölkəyə dəstək verəcək.
arhd.media yerli mediaya istinadla xəbər verir ki, almaniya müdafiə nazirliyinin məlumatında nazir boris pistorius və bundesverin baş inspektoru karsten breuerin danimarkanın dəstək müraciətini müsbət cavablandıraraq, dronlara qarşı müdafiə işinə töhfə veriləcəyini bildirdikləri qeyd olunub.
oktyabrın 1-2-də kopenhagendə keçiriləcək avropa ittifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşündə əsas mövzular arasında kritik infrastrukturun qorunması və avropanın ümumi müdafiə hazırlığının gücləndirilməsi də yer alır.
danimarka hökuməti mülki və hərbi infrastruktur ətrafında çoxsaylı dron insidentlərinin baş verməsi ilə əlaqədar avropa ittifaqı liderlərinin görüşünün təhlükəsizliyi üçün müxtəlif ölkələrdən dəstək istəyib.





















