bakı, 30 sentyabr, arhd.media
prezident: bu gün italiya-azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır
bu gün italiya-azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır.
arhd.media xəbər verir ki, bu sözləri prezident ilham əliyev italiya prezidenti sercio mattarella ilə geniş tərkibdə görüşdə söyləyib.
dövlətimizin başçısı bildirib: “bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır”.






















