azərbaycan və özbəkistan futbol üzrə u-20 dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcək

bakı, 2 oktyabr, arhd.media



azərbaycan və özbəkistan futbol üzrə u-20 dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcək


oktyabrın 2-də fifa-nın icraiyyə komitəsinin növbəti iclası keçirilib.

affa-dan arhd.media-a verilən məlumata görə, icraiyyə komitəsinin qərarına əsasən, azərbaycan və özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcək.

bu tarixi nailiyyət azərbaycan respublikasının prezidenti ilham əliyev və özbəkistan respublikasının prezidenti şavkat mirziyoyevin uğurlu idman siyasətinin, o cümlədən ölkələrimizdə futbolun inkişafına göstərdikləri diqqətin nəticəsidir.

affa yüksək inam və etimada görə fifa icraiyyə komitəsinin üzvlərinə, xüsusən də qurumun prezidenti cənab canni infantinoya minnətdarlığını bildirib.

qeyd edək ki, 1977-ci ildən etibarən iki ildən bir təşkil edilən u-20 dünya çempionatının 25-cisinə azərbaycan və özbəkistan ev sahibliyi edəcəklər. bununla futbol tarixində ilk dəfə kişilərin yarışında mundial azərbaycanda keçiriləcək. həmçinin ilk dəfə azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.

indiyə qədər argentina 6, braziliya 5 dəfə dünya çempionu olub. portuqaliya və serbiya hərəyə 2 dəfə mundialın qalibi olublarsa, uruqvay, qana, ispaniya, rusiya, almaniya, ingiltərə, fransa və ukrayna hərəyə 1 dəfə kuboku qazanıblar.

avropanın nəhəng klubları kifayət qədər böyük nüfuza malik olan u-20-lərin dünya çempionatlarından saysız-hesabsız istedadlı futbolçular kəşf ediblər. hazırda çilidə keçirilən 24-cü dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparır. 2023-cü ildə argentinada təşkil olunan son turnirin qalibi isə uruqvay yığması olub.

Baxış sayı: 7 672

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə