vaşinqton, 3 oktyabr, arhd.media
abş prezidenti həmas-a sülh planını imzalamaq üçün 2 gün vaxt verib
abş prezidenti donald tramp sülh planını qəbul etmək üçün həmas-a bazar günü abş vaxtı ilə saat 18:00-a (bakı vaxtı ilə bazar ertəsi saat 02:00) qədər vaxt verdiyini açıqlayıb.
arhd.media-ın məlumatına görə bu barədə o, sosial mediada yazıb.
"hər bir ölkə sülh planını imzaladı. bu son şans razılaşması əldə olunmasa, həmas heç kimin indiyə qədər görmədiyi böyüklükdə cəhənnəm yaşayacaq”, - deyə tramp yazıb.





















