bakı, 7 oktyabr, arhd.media
xorvatiya parlamentinin sədri azərbaycana rəsmi səfərə gəlib
xorvatiya parlamentinin sədri qordan yandrokoviçin rəhbərliyi ilə nümayəndə heyəti oktyabrın 7-də azərbaycan respublikasına rəsmi səfərə gəlib.
milli məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a bildiriblər ki, heydər əliyev beynəlxalq aeroportunda xorvatiya parlamentinin sədrini parlament sədrinin müavini musa qasımlı, hər iki ölkənin səfirləri anar imanov, branko zebiç və digər rəsmi şəxslər qarşılayıblar.






















