
pakistanın paytaxtı islamabad şəhərində azərbaycan-pakistan-türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü başlayıb.
arhd.media xəbər verir ki, əvvəlcə görüşün icraiyyə toplantısı keçirilib və tədbirdə milli məclisin sədri sahibə qafarova, pakistan milli assambleyasının sədri sərdar ayaz sadiq və türkiyə böyük millət məclisinin sədri numan kurtulmuş iştirak ediblər.
tərəflər üç ölkə və parlamentləri arasında yüksəksəviyyəli qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayaraq bu görüşün də üçtərəfli parlament əməkdaşlığı üzrə qarşıya qoyulan məqsəd və hədəflərə çatmağa güclü təkan verəcəyinə inam ifadə ediblər.
icraiyyə toplantısında gündəlikdəki mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.
xatırladaq ki, üçtərəfli görüş bu gün parlament spikerlərinin çıxışı və deputatların da iştirakı ilə keçiriləcək geniş müzakirələrlə davam edəcək.

























