rəqəmsal inkişaf və nəqliyyat nazirliyi tərəfindən təmsil olunan azərbaycan respublikası hökuməti ilə beynəlxalq telekommunikasiya ittifaqı arasında ümumdünya telekommunikasiyanın inkişafı konfransının (ütik-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı saziş təsdiqlənib.
arhd.media president.az-a istinadən xəbər verir ki, bununla bağlı prezident ilham əliyev müvafiq qanunu imzalayıb.
qeyd edək ki, sənəd 2025-ci il iyunun 25-də cenevrə şəhərində və 2025-ci il iyulun 11-də bakı şəhərində imzalanıb.























