ankara,  arhd.media



 

türkiyənin türk dünyası ilə əlaqə yollarını kəsməyə cəhd edən bir sıra qərb dövlətləri ermənistan kartını oynayır. fransa və abş zəngəzur dəhlizinin açılmasını istəmir, rusiyanı cənubdan bloklamaq və iranın hərəkətlərinə nəzarət etmək üçün platforma yaratmaq istəyirlər ki, bu da ümumi strateji planın bir hissəsidir. azərbaycan prezidenti ilham əliyev ermənistanı inkişafın önündə baryerə çevirməyə çalışan qərbin bu məqsədlərindən xəbərdardır.

 “türkiye” qəzeti azərbaycan rəhbərinin yerli mediaya verdiyi son müsahibəni xatırladaraq yazır.

nəşr qeyd edir ki, avropa ittifaqı və abş həm irəvandan, həm də tbilisidən istifadə etməyə, bununla da rusiya, iran və türk dünyasına qarşı “forpost” yaratmağa çalışırlar.

məqalədə qeyd edilir ki, azərbaycanla ermənistan arasında yeni müharibə türk dünyasında gedən inteqrasiya prosesləri və yaxınlaşmalardan narazı olan qərb dairələrinin planlarına uyğundur. qəzet vurğulayır ki, fransa silahlarının tədarükü yerevanın müdafiə qabiliyyətini qətiyyən gücləndirmir, əksinə, ermənistanın mövqelərinin daha da zəifləməsinə gətirib çıxaracaq.

yazıda daha sonra qeyd edilir: “donald tramp administrasiyasının cənubi qafqazla bağlı mövqeyi hələ məlum deyil. amma fakt bundan ibarətdir ki, əgər irəvan regionda yenidən eskalasiya və müharibə cəhdi edərsə, heç bir ölkə türkiyə və azərbaycanın qarşısına çıxa bilməyəcək. türk dünyası öz nailiyyətlərindən imtina etməyəcək”.

nəşr oxucuların diqqətinə çatdırır: “ermənistan tez və ya gec prezident ilham əliyevin bütün tələblərini yerinə yetirəcək. irəvan zəngəzur dəhlizini könüllü, yaxud məcburi surətdə açacaq. ankara və bakının bu məsələdə ortaq iradəsi çox mühümdür. türkiyəni azərbaycan üzərindən asiya ölkələri ilə birləşdirən ticarət marşrutu bir çox ölkədə narahatlıq doğursa da, bu fakt hamı tərəfindən qəbul ediləcək”.

qəzet, həmçinin oxucuların diqqətini ermənistanın xəritələrində olan tarixi toponimlərdəki dəyişikliklərə də cəlb edir: “çar rusiyası dövründə müasir ermənistanın xəritəsində bütün adlar azərbaycan dilində olub. ermənistan azərbaycanın tarixi torpaqlarını zəbt etməklə tarixi reallıqları təhrif edərək yeni status-kvo formalaşdırmağa cəhd edib”. yazıda 1918-ci ildə azərbaycan xalq cümhuriyyətinin sərhədinin müasir türkiyə sərhədlərinə çatdığı xatırladılır. “ermənistan bunu yaxşı bilir”, -deyə “türkiye” vurğulayır.

məqalədə məntiqli sual yer alır: “nə üçün azərbaycanın qərb rayonları naxçıvandan ayrılıb? ermənistan niyə azərbaycanın iki hissəsi arasında yer alır? bu, tarixi ədalətə, beynəlxalq hüquqa və “fizika qanunlarına” ziddir”.



arhd.media  ictimai-siyasi media saytı’ın rəhbəri :

beynəlxalq hüquq eksperti : ismayıl zalov

 

arhd.media  ictimai siyasi media saytı’ın  baş redaktoru :

orxan ismayılov

Baxış sayı: 3 667

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə