islam vahid oğlu rzayev balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
arhd.media xəbər verir ki, bununla bağlı prezident ilham əliyev sərəncam imzalayıb.
xatırladaq ki, bu gün dövlət təhlükəsizliyi xidməti tərəfindən balakən rayon icra hakimiyyətində əməliyyat keçirilib. korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı islam rzayev və bir neçə digər rəsmi şəxs saxlanılıb.






















