orta asiyadan avropaya uzanan ticarət yollarının yenidən dəyər qazandığı bir dövrdə azərbaycan avrasiya logistik xəritəsinin ən kritik keçid nöqtəsinə çevrilib.
artan iqtisadi yüklər, dəyişən regional təhlükəsizlik reallıqları və nadir torpaq elementlərinə olan tələbat tripp dəhlizinin strateji əhəmiyyətini daha da artırır.
bu konteksdə tripp layihəsi geniş avrasiya məkanında yeni nəqliyyat və əməkdaşlıq fəlsəfəsini formalaşdırır.
xəzər siyasət mərkəzinin eksperti erik rudenşold bildirib ki, tripp olmadan orta dəhliz tək xətt olaraq qalır:
"artıq bəzi nöqtələrdə yüklənmə maksimuma çatıb. tripp dəhlizi isə bu marşrutun gücünü iki dəfə artıracaq. o türkiyə ilə aralıq dənizinə çıxışı təmin edəcək. bu, region üçün böyük iqtisadi üstünlükdür".
daha ətraflı azərbaycan televiziyasının (aztv) videomaterialında:























