"türk dövlətləri təşkilatı (tdt) çərçivəsində çoxşaxəli əməkdaşlıqlar var".
arhd.media "report"a istinadən xəbər verir ki, bunu azərbaycan prezidentinin köməkçisi - prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri hikmət hacıyev türk dövlətləri təşkilatına üzv ölkələrinin qht-lərinin həmrəylik forumunda çıxışı zamanı deyib.
onun sözlərinə görə, bu ailə güclənir, möhkəmlənir və həmrəylik daha da artır:
"tdt çərçivəsində bizim çoxşaxəli əməkdaşlarımız var. 34 istiqamət üzrə dövlət təşkilatlarını bir araya gətirən müxtəlif formatlar mövcuddur, lakin qeyri-hökumət təşkilatlarını birləşdirən belə bir format indiyədək olmamışdı. bu gün böyük məmnuniyyətlə deyə bilərik ki, türk dünyasını bir araya gətirən, insanlararası təmasların vacib tərkibi və aparıcı qüvvəsi olan qeyri-hökumət təşkilatları, sivil vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə bu formatın əsası yaradılır".
qeyd edək ki, bu gün bakıda, "gülüstan" sarayında türk dövlətləri təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış mərasimi baş tutub. forumda azərbaycan, türkiyə, özbəkistan, qazaxıstan, qırğızıstan, türkmənistan, macarıstan və şimali kipr türk respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.























