qax rayon icra hakimiyyətində yeni kadr təyinatı olub.
arhd.media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı rayonun yeni icra başçısı elvin paşayev müvafiq əmr imzalayıb.
əmrə əsasən, kamran orucov baş mütəxəssis-sürücü vəzifəsindən azad olunub və o, indiyədək vakant olan təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilib.
baş mütəxəssis-sürücü vəzifəsinə isə səxavət əhədov təyinat alıb. o bundan əvvəl də e.paşayevin göygöl rayon icra hakimiyyətində sürücüsü olub.
xatırladaq ki, elvin paşayev noyabrın 12-də prezident ilham əliyevin sərəncamı ilə göygöl rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək qax rayon icra hakimiyyətinin başçısı təyin olunub.






















