prezident ilham əliyev zərdab rayonunun zərdab-məlikumudlu-çallı-salahlı-hüseynxanlı-xanməmmədli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
arhd.media president.az-a istinadən xəbər verir ki, sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən zərdab-məlikumudlu-çallı-salahlı-hüseynxanlı-xanməmmədli avtomobil yolunun əsaslı təmiri məqsədilə azərbaycan respublikası prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli sərəncamı ilə təsdiq edilmiş "azərbaycan respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı azərbaycan avtomobil yolları dövlət agentliyinə ayrılsın.
2. azərbaycan respublikasının maliyyə nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. azərbaycan respublikasının iqtisadiyyat nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini azərbaycan respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. azərbaycan respublikasının nazirlər kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.






















