
bu gün iqtisadi şura və azərbaycan investisiya holdinqinin (aih) müşahidə şurasının (mş) birgə iclası keçirilib.
arhd.media xəbər verir ki, bu barədə nazirlər kabinetinin mətbuat xidməti məlumat yayıb.
xəbərdə qeyd edilir ki, baş nazir, iqtisadi şuranın və aih-in mş-nın sədri əli əsədovun rəhbərliyi ilə keçirilən iclasda socar-ın dayanıqlı fəaliyyəti barədə təqdimat, o cümlədən, şirkətin həyata keçirdiyi layihələr, onların inkişaf perspektivləri, layihələrin icrası üçün maliyyələşmə mənbələri, borc portfeli və digər cari məsələlər ətraflı müzakirə olunub.
gündəlikdə olan məsələlər üzrə socar-ın prezidenti rövşən nəcəf təqdimatla çıxış edib. iclasda eləcə də iqtisadiyyat naziri mikayıl cabbarov, dövlət neft fondunun (ardnf) icraçı direktoru israfil məmmədov və aih-nin baş icraçı direktoru ruslan əlixanov çıxış ediblər.
təqdim olunan məsələlərə dair iqtisadi şuranın və aih-in mş-nın üzvləri müzakirələr aparıb. iclasın yekununda şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla socar və ardnf-ə müvafiq tapşırıqlar verilib.






























