xəbər verdiyimiz kimi, prezident ilham əliyevin bu gün imzaladığı sərəncamla fövqəladə hallar nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.
arhd.media-ın məlumatına görə, “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilən daxili xidmət polkovniki vaqif tofiq oğlu ibrahimov dövlət yanğın nəzarəti xidmətinin rəisidir. o, lənkəran və ağdaşın sabiq icra başçısı tofiq ibrahimovun oğludur.
“general-mayor” ali hərbi rütbəsi verilən polkovnik fərhad nəriman oğlu səmədov isə fhn-in baş hərbi ekspertidir. o, daha əvvəl fhn-in mülki müdafiə işinin təşkili baş idarəsinin mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.
“general-mayor” olan polkovnik seymur taleh oğlu qaraşov isə nazirliyin daxili təhlükəsizlik baş idarəsinin rəisidir. o, lənkəran şəhər icra hakimiyyətinin başçısı taleh qaraşovun oğludur.
“general-leytenant” ali hərbi rütbəsi verilən general-mayor adil ələsgər oğlu abdullayev isə fövqəladə hallar nazirinin müavinidir. o, nazir müavini olmazdan əvvəl fhn-in böhran vəziyyətlərində idarəetmə mərkəzinin rəhbəri vəzifəsində çalışıb.























