azərbaycan prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli fərmanı ilə təsdiq edilmiş "azərbaycan respublikası dövlət sərhəd xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilib.
arhd.media president.az-a istinadən xəbər verir ki, prezident ilham əliyev bu barədə fərman imzalayıb.
fərmanla "azərbaycan respublikası dövlət sərhəd xidmətinin döyüş bayraqlarının təsviri"ndə "çevik hərəkət qüvvələri hərbi hissəsinin döyüş bayrağında - "dövlət sərhəd xidməti çevik hərəkət qüvvələri 0000 (hərbi hissənin nömrəsi) saylı hərbi hissə" sözləri yazılmış yeni bənd əlavə edilir.






















