iqtisadiyyat naziri mikayıl cabbarov oman sultanlığının iqtisadiyyat naziri səid bin məhəmməd bin əhməd al saqri ilə görüşüb, iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.
bu barədə arhd.media -a iqtisadiyyat nazirliyindən məlumat verilib.
bildirilib ki, görüşdə iki ölkə arasında qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli münasibətlərin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm zəmin yaratdığı qeyd edilib. tərəflər birgə iqtisadi fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin, azərbaycan-oman birbaşa investisiya fondunun, investisiya üzrə işçi qrupunun və azərbaycan-oman birgə biznes şurasının yaradılmasının önəmini vurğulayıblar.
görüşdə bərpaolunan və ənənəvi enerji, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri dəyərləndirilib.























