azərbaycanda 2026-cı il “şəhərsalma və memarlıq ili” elan edilib.
arhd.media xəbər verir ki, bununla bağlı azərbaycan prezidenti ilham əliyev sərəncam imzalayıb.
sərəncama əsasən, azərbaycan prezidentinin administrasiyası azərbaycanda 2026-cı ilin “şəhərsalma və memarlıq ili” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb azərbaycan prezidentinə təqdim etməlidir.





















