azərbaycan respublikasının prezidenti ilham əliyev dekabrın 23-də ağdam sənaye parkında "saloğlu qarabağ" mmc-nin istehsal müəssisəsinin təməlini qoyub.


arhd.media  azərtac-a istinadən xəbər verir ki, "saloğlu qarabağ" mmc-nin təsisçisi tacəddin mustafayev dövlətimizin başçısına yeni yaradılacaq müəssisə haqqında məlumat verdi.


bildirildi ki, müəssisə ağdam sənaye parkında 1 hektar ərazidə yaradılacaq. burada mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. istehsal prosesində türkiyə, almaniya və çin texnologiyalarından istifadə olunacaq. zavodun istehsal gücü illik 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı olacaq. məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. investisiya dəyəri 8 milyon manat olan müəssisənin qurulmasına iqtisadiyyat nazirliyinin tabeliyində azərbaycan biznesinin inkişafı fondu tərəfindən güzəştli kredit ayrılması nəzərdə tutulub. müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. burada 50 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.

 

Baxış sayı: 3 729

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə