bakı, 17 yanvar, arhq.az
azərbaycan-gürcüstan münasibətlərinin iqtisadi aspekti də çox vacibdir. siz artıq müdrik şəkildə bizim ölkələrin strateji tərəfdaşlığını qeyd etdiniz. bu layihələrin strateji və iqtisadi əhəmiyyəti var.
gürcüstanın baş naziri irakli kobaxidze prezident ilham əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
“çox vacibdir ki, belə layihələr davamlı olsun və yeni layihələr müəyyən edilsin. artıq qeyd etdiyim kimi, azərbaycan respublikası bizim üçün təkcə dəyərli dost deyil, azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. bu bağların dərinlənləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk”, - deyə baş nazir vurğulayıb.
arhd.media ictimai-siyasi media saytı’ın rəhbəri :
beynəlxalq hüquq eksperti : ismayıl zalov
arhd.media ictimai siyasi media saytı’ın baş redaktoru :
orxan ismayılov




















