israilin baş naziri benyamin netenyahu ağ ev rəhbəri donald trampla danışıqlar aparmaq üçün abş-yə gedib.
arhd.media xəbər verir ki, görüş 29 dekabrda keçiriləcək.
məlumata görə, netenyahu amerika prezidenti ilə qəzza zolağında atəşkəs sazişinin ikinci mərhələsinə keçid, türkiyənin fələstin anklavı üçün beynəlxalq qüvvələrdə iştirakı, eləcə də iranın raket istehsalı müəssisələrinə mümkün hücumla bağlı məsələləri müzakirə etməyi planlaşdırır.
israil baş nazirinin abş-də 5 gün qalacağı və səfəri zamanı bir sıra əlavə görüşlər keçirəcəyi, o cümlədən abş dövlət katibi marko rubio ilə görüşəcəyi gözlənilir.























