abş-nin venesuelaya müdaxiləsindən və prezident nikolas maduro ilə həyat yoldaşının tutulmasından sonra venesuela müdafiə şurası fövqəladə iclas keçirib.


arhd.media  xəbər verir ki, iclasda çıxış edən vitse-prezident delsi rodrigez abş-dən prezident maduronun dərhal azad edilməsini tələb edib.


rodrigez ölkədə sakitliyin qorunmasına və milli müdafiənin gücləndirilməsinə çağırış edib.


“venesuela heç bir ölkənin müstəmləkəsi olmayacaq”, - deyən rodrigez nikolas maduronu ölkənin yeganə qanuni prezidenti kimi təqdim edib.


o, abş administrasiyasını beynəlxalq hüququ pozmaqda ittiham edib:


“venesuelaya qarşı edilənlər tarix və ədalət qarşısında cavabsız qalmayacaq”.


rodrigez ölkədə vəziyyətin hazırda nəzarət altında olduğunu və bu sabitliyin qorunacağını vurğulayıb.

Baxış sayı: 3 738

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə