ankara, 10 fevral, arhd.media
azərbaycan və türkiyə xin rəsmiləri siyasi məsləhətləşmələr aparıblar
ankarada azərbaycan xarici işlər nazirliyinin (xin) regional təhlükəsizlik departamentinin direktoru azər musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə türkiyə xin-in şərqi avropa və cənubi qafqaz üzrə idarəsinin rəhbəri mehmem samsar arasında siyasi məsləhətləşmələr keçirilib.
azərbaycanın ankaradakı səfirliyindən arhd.media-a verilən məlumata görə, ikitərəfli siyasi əlaqələrin vəziyyəti və perspektivləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.
məsləhətləşmələrdə azərbaycanın ankaradakı səfiri rəşad məmmədov da iştirak edib.























