qafqaz müsəlmanları idarəsinin (qmi) sədri şeyxülislam allahşükür paşazadə bu gün əbu-dabiyə səfərə yola düşür.
“arhd.media” xəbər verir ki, bununla bağlı qmi məlumat yayıb.
bildirilib ki, a.paşazadənin səfəri bəə-nin şeyx zayed fondunun təsis etdiyi “zayed insan qardaşlığı mükafatı” təşkilatının baş katibi məhəmməd əbdülsəlamın dəvəti ilə baş tutur.
qmi sədri “zayed insan qardaşlığı mükafatı”nın təqdimetmə mərasimində və məhəmməd əbdülsəlamın sədrliyi ilə baş tutacaq toplantıda iştirak edəcək.
fevralın 5-dək davam edəcək səfər müddətində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.























